Fazil Mustafa BELƏ GÜLLƏLƏNİB - ŞOK DETALLAR ÜZƏ ÇIXDI

29.03.2023 01:10
7366
64235856e13f1202303231254
“Fazil Mustafa qarajın qapısını açıb həyətə girmək istəyəndə cinayətkar evin sağ tərəfində yerləşən daş hasarın arxasında gizlənərək gözləyib”.

AZSABAH.COM bildirir ki, bu sözləri Musavat.com-a açıqlamasında deputat Fazil Mustafanın yaxın dostlarından biri deyib.

O bildirib ki, hadisəni törədən şəxs hasarın arxasından deputatın avtomobilə atəş açmağa başlayıb:

“Maşına ciddi zərər dəyib. Cinayətkarın avtomobilə atəş açmasında məqsəd Fazil Mustafanı öldürmək olub. Deputat cəld tərpənərək yenidən maşına minib və tez qapını örtüb”.

Deputatın dostunun sözlərinə görə, hadisə Fazil Mustafanın kiçik qızının gözü önündə baş verib.

Qeyd edək ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.