Ev almaq istəyənlərə BƏD XƏBƏR: Qaydalar dəyişir, bundan sonra... - VİDEO

11.08.2022 10:52
461
photo_51747545

Adında mənzil olan və ipoteka almaq istəyən şəxslər üçün qaydalar sərtləşdirilir.

AZSABAH.COM İTV-yə istinadən xəbər verir ki, evi olan şəxslər daha çox ilkin ödəniş etməli olacaqlar.

Yeni qaydaya görə, mənzil sahibi olan vətəndaşlar ipoteka ilə almaq istədikləri evin dəyərinin ən azı 30 faizini ilkin ödəniş kimi ödəməlidirlər.

Yeni qaydalar Mərkəzi Bankın kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərində təsbit olunub.

Ətraflı süjeti təqdim edirik: