Ətin qiyməti niyə QALXIR- SƏBƏB

22.02.2024 10:17
312
65d6e74608196202402241846

Türkiyə Ət və Süd Müəssisəsi qırmızı ətin qiymətlərinə nəzarət etmək üçün idxalı davam etdirsə də, daxili bazarda qiymətlər artmaqda davam edir.

Azsabah.com xəbər verir ki, Türkiyədə ötən gün gələn artımlarla son 40 gündə 60 lirəlik artım olub. Bəs ətin qiymətini aşağı salmaq üçün nə etmək lazımdır? İstanbul Pərakəndə Qəssablar və Biznesmenlər Palatasının sədri Aydın Tüfekçi NTV-nin mövzu ilə bağlı sualları cavablandırıb.

O "İdxala baxmayaraq ətin qiyməti niyə bu qədər bahadır?" sualına belə cavab verib:

"İndi daxili bazarda ət qıtlığı yaşanır. Otellər isə artıq yay ətlərini çəkməyə başlayıblar. Bəzi yetişdiricilər bir-birinə mesaj göndərirlər ki, ətinizi kəsməyin, ətin qiyməti qalxacaq. Bu kimi səbələr ət qiymətlərinə təsir edir".