Əsirlikdən qayıtdı deyilən "Amin" baxın əslində KİM İMİŞ? - Atası... (FOTO)

26.11.2020 19:00
33128

Dünən axşamdan bəzi sosial media istifadəçiləri "Tik-tok"da video paylaşaraq "Amin əsirlikdən geri qayıtdı" deyə dezinformasiya tirajlayırlar.

AZSABAH.COM Publika.az-a istinadla xəbər verir ki, videodakı şəxs AzTV-nin əməkdaşı Cavad Ağayevin oğlu Nəriman Ağayevdir.

Nəriman da 44 günlük müharibənin aslanlarındandır. Sağ-salamatdır, hərbi hissəyə geri qayıdıb.

Tezliklə erməni əsirliyində olan bütün azərbaycanlıların, eləcə də Aminlə Bayramın da azadlığa qovuşacağına inanırıq.


Loading...