Əsir və girovlarla bağlı faktoloji materiallar dövlət qurumlarına göndərildi

03.10.2022 13:54
777
Hesret

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı hesabatın hazırlanması” adlı layihəsinin ikinci mərhələsini yekunlaşdırıb. 

AZSABAH.COM-a İctimai Birlikdən verilən məlumata görə, layihə 4 mərhələdə həyata keçiriləcək. Layihəinin ikinci mərhələsində Bakı şəhəri və Abşeron inzibati ərazisində yaşayan və məskunlaşmış Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülüb, sonradan azad edilmiş şəxslər, həmçinin itkin düşmüş hesab olunanların ailə üzvləri ilə görüşlər keçirilib. Onlardan hesabatda öz əksini tapmaq üçün faktoloji materiallar toplanılıb. Müvafiq dövlət qurumlarına, o cümlədən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupuna, Hərbi Prokurorluğa, Xarici İşlər Nazirliyinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Ombudsman təsisatına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məktubla müraciətlər olunub, onlarla əlaqələr yaradılıb. 

Növbəti mərhələdə isə toplanmış materiallar üzrə hesabat hazırlanıb, ingilis dilinə tərcümə olunacaq və insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlara, eyni zamanda Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinə göndəriləcəkdir.