Əsgərlərimiz erməni hərbçisini güllələyib? - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

28.05.2022 15:26
321
photo_71558045

Azərbaycan bölmələrinin atəşi nəticəsində erməni hərbçinin yaralanması xəbəri yalandır.

AZSABAH.COM məlumatına görə, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

"Azərbaycan-Ermənistan dövlət sərhədində guya Ordumuzun bölmələri tərəfindən açılan atəş nəticəsində qarşı tərəfin hərbi qulluqçusu David Vardanyanın yaralanması barədə Ermənistan mətbuatında yayılan növbəti dezinformasiya xarakterli məlumat yalandır, həqiqəti əks etdirmir", - açıqlamada deyilir.