Ermənistanla sərhəddə nə baş verir? - Müdafiə Nazirliyindən SON DƏQİQƏ AÇIQLAMASI

07.08.2022 14:41
370
photo_42177227

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

AZSABAH.COM-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Belə ki, qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.