Ermənistanla sərhəddə DƏHŞƏTLİ DÖYÜŞLƏR - XEYLİ SAYDA ÖLÜ VƏ YARALI VAR

16.11.2021 16:23
6612

Sərhəddə döyüşlərdə Ermənistan ordusu 10 hərbçisini itirib.

AZSABAH.COM xəbər verir ki, bu barədə “haykakan jamanak” qəzeti yazır.

Məlumata görə, 6 erməni hərbçi yaralanıb, 11 nəfər əsir götürülüb. Ermənistan ordusu 2 post itirib.

Bu arada, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı brifinq keçirib. O bildirib ki, son dövrlərlə müqayisədə erməni təxribatları bu gün daha da intensivləşib.

Nazirlik rəsmisi deyib ki, Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb: "Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur".

O qeyd edib ki, xeyli sayda silah-sursat hərbi qənimət kimi ələ keçirilib: "Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır".


Loading...