Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI

18.05.2020 15:05
5413

“Azərbaycan Ordusunun hərbi texnikaları mexanikləşdirilib. Ermənistan buna qadirdir?! Əlbəttə, xeyir”.

AzSABAH.COM xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov deyib.

Hərbi-texniki ehtiyatlardan danışan general bildirib ki, Azərbaycan bütün silah və raket sistemlərini modifikasiya edib.

“Ermənistan köhnə BM-Qrad tipli reaktiv yaylım sisteminə malikdir. Sonra xarici dövlətdən 80 km. məsafədəki obyektləri vuran reaktiv yaylım sistemi aldılar. Düşmənin ordusunda özüyeriyən artilleriya qurğuları da var. Toplar isə ümumidir, D-20, D-30 və s. Azərbaycanda isə bütün bu sistemlərin modifikasiya edilmiş və yenidən istehsal olunan müasir formaları mövcuddur. Bunlar Belorusdan, İsraildən, Cənubi Afrika Respublikasından və digər dövlətlərdən alınıb. Bizim xarici ölkələrlə çox güclü hərbi-texniki əməkdaşlığımız var. Azərbaycan hərbi bazarda aparıcı dövlətlərdən olan Çin və Rusiyadan istədiyi silah və texnikanı ala bilir. Ermənistan buna qadirdirmi? Əlbəttə, xeyir”, - o vurğulayıb.

Y.Aydəmirovun sözlərinə görə, ermənilər bir neçə il əvvəl “İsgəndər” zenit-raket kompleksi ilə bağlı böyük təbliğat aparır, ajiotaj yaradırdılar: “Guya bununla Azərbaycanı vuracaqlar və s. Ancaq biz dinmədik, çünki artıq o dövrdə İsrail istehsalı olan dəmir örtüklü raket əleyhinə müdafiə sistemimiz ("Dəmir qübbə") var idi. Azərbaycan “İsgəndər”dən də iki qat möhtəşəm və yeni istehsal olunmuş taktiki-raket sisteminə malikdir. Ancaq elə sistemlər də var ki, Ali Baş Komandan onları açıqlamayıb. Çünki Ermənistanın hansısa çıxışına Azərbaycan sözlə yox, əməli ilə cavab verir. Hərbi paradda, yaxud da təlimlərdə yeni silahlarımızı nümayiş etdiririk. Ermənilər 40 ilin T-72 tankının nəyini modifikasiya edəcəklər? Azərbaycanda isə bütün “72”lər modifikasiya olunub. Ölkəmiz T-90 tankına malikdir”. 

Loading...

close
close