Ermənistandan Türkiyə ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM

15.10.2022 23:25
4759
Turkiye
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Bartın şəhərindəki mədən partlayışı ilə bağlı Türkiyəyə başsağlığı verib.

AZSABAH.COM-un xəbərinə görə, bununla bağlı Ermənistan XİN başçısı tviterdə yazıb.

“Bartında kömür mədənindəki partlayış nəticəsində həlak olanların yaxınlarına səmimi-qəlbdən başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, - A.Mirzoyan qeyd edib.

Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda kömür mədənində 41 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.