Ermənistandan KTMT-yə ŞOK ZƏRBƏ - RƏSMƏN AÇIQLANDI

27.09.2022 15:11
7110
Ktmt

Qazaxıstan Müdafiə Nazirliyi (MN) Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkədə keçiriləcək təlimlərində iştirakdan imtina etdiyini rəsmi şəkildə təsdiqləyib.

AZSABAH.COM xəbər verir ki, bu barədə “Sputnik Kazakhstan” Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Ermənistan Müdafiə Nazirliyindən KTMT-nin təlimlərində iştirak etməməklə bağlı qərarına dair rəsmi məlumat almışıq. Təsdiqləyirik”, - qeyd olunub.

***

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.

AZSABAH.COM xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.

Qeyd edək ki, Qazaxıstanda KTMT-nin çevik reaksiya qüvvələrinin təlimləri sentyabrın 26-dan oktyabrın 8-dək keçirilməsi planlaşdırılıb.