Ermənistandakı dəhşətli hadisədə AZƏRBAYCAN İZİ: "Sui-qəsd" ona görə törədilib ki, Laçında...

15.08.2022 03:50
7260
62f98a64e295c202208225100

İrəvanda ticarət mərkəzindəki partlayış Ermənistanda siyasi qüvvələrin mübarizəsinə təsir edə bilər: müxalifət hökuməti ittiham edir, hakimiyyətə yaxın media isə artıq “sui-qəsd nəzəriyyələri” haqda mötərizələr açır.

AZSABAH.COM xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı dilə gətirib. O, sözlərinə belə davam edib: 

Mümkündür ki, “sui-qəsd” ssenarisi bir qədər də inkişaf etdirilsin və bundan iki istiqamətdə istifadə olunsun:

- Erməni ictimai rəyində gündəm dəyişir: müxalifətin Laçın şəhərinin Azərbaycana təhvil verilməsi, ümumilikdə Qarabağ məsələsi üzərindən apardığı piar zəifləyir;

- Media tərəfindən “sui-qəsd” ssenarilərində revanşistlərin də adı bu və ya digər formada hallandırıla və bundan siyasi təzyiq olaraq istifadə edilə bilər;

Partlayışın gün ərzində bütün metro stansiyalarına, parlamentə və bir sıra hərbi obyektlərə bomba qoyulması haqda verilən anonim məlumatlar fonunda baş verməsi də “sui-qəsd” ssenarisini qüvvətləndirir.