Ermənistanda KORONAVİRUS ŞOKU: 1 gündə 351 nəfər...

18.05.2020 11:08
318

Ermənistanda koronavirusa yoluxmada rekord artım qeydə alınıb. 


AzSABAH.COM xəbər verir ki, ötən sutka ərzində daha 351 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb.

Ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin yaydıı xəbərə görə, bununla da Ermənistanda virusa yoluxanların sayı 4 823 nəfərə çatıb.

Ümumi ölüm sayı isə 61-ə yüksəlib.

Qeyd edək ki, dünən Ermənistanda koronavirusa 189 nəfər yoluxmuşdu.

Loading...

close
close