Ermənistanda DƏHŞƏT YAŞANIR - Paşinyan ELAN ETDİ

08.06.2020 11:23
916

“Biz fəlakət vəziyyətindəyik, cəhənnəmə doğru addımlayırıq”.

AZSABAH.COM-un xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə deyib.

Baş nazir bildirib ki, hazırda Ermənistanda xəstəxanaya yerləşdirilməsi zəruri olan 200-ə yaxın xəstə var: “Səhiyyə sistemi yüklənib və xəstələrin hospitala yerləşdirməsini çatdırmır. Tibbi yardımın gecikməsi səbəbindən ölənlər var. Reanimasiyada yer olmadığı üçün ümumi bölmədə yerləşdirilən iki xəstə ölüb”.

Paşinyan deyib ki, hökumətin iclasında ölkədə lokdaun (ciddi təcrid rejimi) elan edilməsi məsələsi müzakirə olunub: “Ancaq bu qərar arzu olunan nəticəni verməyəcək. Hamının epidemioloji tədbirlərə əməl etməsi vacibdir. Maska taxılmaması bu kampaniyaya qarşı fəaliyyətdir”.

Loading...

close
close