Ermənistanda DƏHŞƏT: Çox sayda Rusiya və İran VƏTƏNDAŞI YOXA ÇIXDI

15.08.2022 23:49
5855
62faa39d5067d202208225053

Ermənistanın Daxili İşlər Nazirliyi dünən İrəvanda “Surmalu” ticarət mərkəzində baş verən partlayışda 23 nəfərin itkin düşdüyünü bildirib.

AZSABAH.COM Ermənistan mediasına istinadən xəbər verir ki, onların arasında Rusiyanın 1, İranın 6 vətəndaşı var.

Fövqəladə Hallar Nazirliyi isə ticarət mərkəzində partlayış nəticəsində itkin düşənlərin adlarını açıqlayıb. Məlumata görə, ermənilərlə yanaşı, partlayışda Lyuba Qribova (1959-cu il təvəllüd, Rusiya vətəndaşı), İran vətəndaşları - Məryəm Fathi, Vanya Fathi (2016-cı il təvəllüd), Edris Fathi, (2002-ci il), Kiomars Fathi (1972-ci il), Monira Naderi, Mehri Tahuri itkin düşüblər.