Ermənistanda son sutka ərzində daha 322 nəfər koronavirusa yoluxub, 4-ü isə ölüb.
AzSABAH.COM-un məlumatına görə, ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi bildirib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 5 928-ə çatıb.
Ölkədə pandemiyadan ölənlərin sayı isə son 4 ölümlə 74-ə yüksəlib.