Ermənistanda koronavirusa yoluxanların sayı 3 392, ölənlərin sayı isə 46 nəfərə çatıb.
AzSABAH.COM-un məlumatına görə, son sutka ərzində 79 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, son iki gün ərzində 3 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 46 nəfər koronavirusun qurbanı olub, 1 970 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.