Ermənistanda son sutkada daha 359 nəfərdə koronavirus aşkarlanıb, 4-ü ölüb.
AzSABAH.COM-un xəbərinə görə, ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yaydığı məlumata əsasən, bununla da Ermənistanda virusa yoluxanların sayı 6 661-ə çatıb.
Ölkədə pandemiyadan ölənlərin sayı isə ümumilikdə 81-ə yüksəlib.