Ermənistan ŞOKDA: KTMT-dən SARSIDICI ADDIM

17.09.2022 10:40
5791
Ktmt
"KTMT-nin hələ də lazımi cavab verməməsi faktı o deməkdir ki, bizim gözləntilərimiz özünü doğrultmayıb".

AZSABAH.COM xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq Radiosu”nun erməni xidmətinə müsahibəsində deyib.

“Təbii ki, bu hissə bizi qane edə bilməz. Qazaxıstanda baş verən hadisələr zamanı mən ümidvar idim ki, KTMT mexanizmləri nəhayət işləyəcək, presedent yaranacaq. Təbii ki, belə bir ümid var idi. Lakin artıq belə bir ümid yoxdur”.