Ermənistan ordusu Basarkeçərdə DƏHŞƏT YAŞADI: XEYLİ SAYDA HƏRBÇİ YOX OLDU

19.01.2023 13:16
11800
Ermeni

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğın söndürülüb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətindən bildirilib. 

Yanğının söndürülməsi 5 saat çəkib. 

Ermənistanın İctimai Televiziyası hadisənin baş verdiyi hərbi hissənin daxil olduğu 2-ci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan işdən çıxarılacağı barədə məlumat yayıb. 


***

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi ölüb. 

AZSABAH.COM xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 3 nəfərin vəziyyəti ağırdır. 


***

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında gecə saat 01:30 radələrində yanğın başlayıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ölənlər və yaralananlar var.

Hadisənin səbəbi müəyyənləşdirilir.