Ermənistan DƏHŞƏT İÇİNDƏ: xəstəxanalar dolub daşır, QƏBUL DAYANDIRILDI

28.09.2020 09:35
5294

Ermənistanın tibb müəssisələri Dağlıq Qarabağda münaqişənin daha da kəskinləşməsinə görə ağır xəstələrin qəbulunu dayandırıb.

AZSABAH.COM bu barədə respublikanın Səhiyyə Nazirliyinin saytına istinadən xəbər verir.

Qeyd edilir ki, müvafiq əmri "Hərbi vəziyyətin hüquqi rejimi Haqqında" qanuna əsasən səhiyyə naziri Arsen Torosyan imzalayıb.

Xəstəxanalar stasionar yardımla bağlı müraciət edən vətəndaşlara tibbi yardım göstərməyəcəklər. Səhiyyə Nazirliyində vurğulayıblar ki, hazırda stasionar tibbi yardım alan xəstələr ambulator müalicədən sonra evə buraxılacaqlar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan ordusunun döyüşlər nəticəsində ciddi itkilərə məruz qalması barədə məlumat yayıb. Məlumata görə, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla, canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib.

Loading...