Ermənistan ÇALXALANIR - Paşinyan çətin durumda olduqlarını ETİRAF ETDİ

27.05.2020 00:50
2539

Ermənistanda koronavirus pandemiyasının ikinci dalğası yaşanır və ölkədə epidemioloji vəziyyət çətin olaraq qalır.

AzSABAH.COM xəbər verir ki, bunu brifinq zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan ölkədə koronavirusla bağlı vəziyyətin ağır olduğunu etiraf edib: "Ermənistanda pandemiya ilə bağlı vəziyyət olduqca çətindir. Hazırda ölkədə koronavirusun yayılmasının ikinci dalğası ilə üz-üzəyik".

Qeyd edək ki, son günlər Ermənistanda koronavirusa yüksək yoluxma müşahidə olunur. Təkcə son iki gündə 700-dən çox ölkə vətəndaşı bu virusa yoluxub, 10-u ölüb.

Loading...