Ermənistan ÇALXALANIR: General vətəndaşları küçə döyüşlərinə çağırdı

21.06.2021 00:10
11639

Təqaüdçü General Arşavir Qaramyan, Ermənistanda erkən parlament seçkilərində sona çatan səsvermə fonunda sərt küçə qarşıdurması elan edib.

AZSABAH.COM xəbər verir ki, bu barədə A.Qaramyan "Facebook"da yazıb.

"Nəticələrdən asılı olmayaraq, seçkilərdən sonra şiddətli küçə davası gözlənilir. Qalib o andan etibarən dominant mövqe tutan tərəf olacaq", - deyə Qaramyan bildirib.

Onun sözlərinə görə, hakim partiya bir neçə gün əvvəl artıq doğru hərəkəti edib, meriyaya müraciət edərək əvvəlcədən Respublika Meydanını ələ keçirib. Lakin müxalifət hələ də hərəkət etməyib.

Loading...