Ermənistan bu ŞOK XƏBƏRLƏ ÇALXALANIR: Bütün metro stansiyaları "bombalandı" və...

İrəvan Metropoliteni işini dayandırıb.

AZSABAH.COM-un "armeniasputnik.am”-a istinadən verdiyi xəbərə görə, bütün metro stansiyalarının minalanması ilə bağlı anonim xəbərin daxil olması ilə əlaqədar metronun hərəkəti dayandırılıb.

Hazırda sərnişinlər evakuasiya edilir.

Qeyd edək ki, bundan əvvəl avqustun 2-də bütün metro stansiyalarının minalanması ilə bağlı xəbərlə əlaqədar İrəvan Metropoliteninin işi dayandırılıb. Ancaq yoxlamalar zamanı bu, təsdiqini tapmayıb.