Ermənistan ÇALXALANIR - Bu gün bütün İrəvan İFLİC EDİLƏCƏK

17.05.2022 09:14
392
photo_32472718

Ermənistan müxalifəti bu gün paytaxt İrəvanı iflic vəziyyətə salacaq.

AZSABAH.COM xəbər verir ki, bu barədə ölkə parlamentinin vitse-spikeri, müxalif “Ermənistan” fraksiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.

“Saat 8:00-dan biz bütün şəhərdə kütləvi itaətsizlik və etiraz aksiyalarına başlayacağıq. Küçələri bağlayacağıq, nəqliyyatı bağlayacağıq. Səhər bütün şəhər iflic vəziyyətinə düşməlidir”, - o deyib.

Saqatelyan dövlət qulluqçularına, işə gedəcək bütün vətəndaşlara müraciət edib: “İşəgötürənlərinizə sabah işə gəlməmək üçün qanuni hüququnuz olduğunu bildirin, çünki şəhər mahiyyətcə iflic olacaq".

Müxalifətçi tələbələri dərsə getməməyə, mübarizəyə qoşulmağa çağırıb.

O, sürücüləri də küçələrdə siqnal siqnalı verməyə və bununla da etirazlara qoşulmağa dəvət edib.