Ermənilər yaralı hərbçilərimizi GÖRÜN NƏ EDİRLƏR: Dəhşətli GÖRÜNTÜLƏR YAYILDI - Ürəyi zəiflər baxmasın (VİDEO)

04.10.2022 22:12
5936
633c7f14581f7202210224436

Ermənistan ordusunun hərbi cinayətlər törətməsinə dair təkzibolunmaz sübutlar əldə olunub.

AZSABAH.COM xəbər verir ki, müvafiq görüntülər “Cailber”in “Telegram” kanalında yayımlanıb.

Videoda Ermənistan hərbçilərinin yaralı Azərbaycan əsgərlərini nizamsız atəşə tutması əks olunub. Hərbi geyimli erməni cinayətkarlar bütün beynəlxalq konvensiyalara və hüquq normalarına zidd olaraq, Azərbaycan hərbçilərini sözün əsl mənasında, gülləbaran edirlər.

Görüntülərin dəqiq tarixi bilinməsə də, hərbi cinayətlər köhnəlmir və unudulmur.

Maraqlıdır, görəsən Azərbaycanı birtərəfli və tamamilə əsassız olaraq “müharibə cinayətləri törətməkdə” ittiham edən xarici diplomat və siyasətçilərin bu görüntülərə cavabı necə olacaq?