Ermənilər hərbçimizi yaralayıb? - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

25.09.2022 18:32
3881
Müdafie nazirliyi
Ermənistanın sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılması və Ermənistan hərbçilərinin cavab atəşi nəticəsində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın xəsarət alması barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır.

AZSABAH.COM-a bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu, qarşı tərəfin növbəti informasiya təxribatıdır. Yayılan məlumatı qəti surətdə təkzib edirik. Hərbi texnika və şəxsi heyət arasında heç bir xəsarət alan yoxdur", - məlumatda deyilir.