Ermənilər bu istiqamətdə HÜCUMA KEÇDİ, ordumuz adekvat tədbirlər gördü - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI
İyunun 17-si gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
AZSABAH.COM-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.