Ermənilər bu istiqamətdə hücuma keçdi: gecə səhərədək... - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

11.09.2022 10:11
4410
Ateskes

Kəlbəcər və Laçında mövqelərimiz yenidən atəşə tutulub.

AZSABAH.COM-a bu Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə, Yuxarı Ayrım və Laçın rayonunun Sadınlar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri sentyabrın 10-u gündüz saatlarından 11-i səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Zərkənd və Gorus rayonunun Xəzinəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Bölmələrimizin adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.