Ermənilər bu istiqamətdə hücuma keçdi, 5 saat boyunca... - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

04.11.2022 09:00
5301
Ateskes
Noyabrın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri 5 saat müddətində Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

AZSABAH.COM xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.