Ermənilər Ağdamı atəşə tutur - Ölü və yaralılar var

02.10.2020 10:22
1021

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

AZSABAH.COM-a Müdafiə Nazirliyindən bildirilib ki, mülki əhali arasında ölən və yaralananlar var.

"Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək", - məlumatda bildirilib.

Loading...

close
close