Ermənilər 872 azərbaycanlını ƏSİR GÖTÜRÜBMÜŞ, AMMA... - ŞOK AÇIQLAMA/RƏSMİ

05.01.2021 15:06
14941

1-ci Qarabağ müharibəsi zamanı 3890 Azərbaycan vətəndaşı itkin düşüb.

AZSABAH.COM xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O bildirib ki, şahid ifadələrinə görə, 872 nəfərin əsir və girov götürüldüyü təsdiqlənsə də, ermənilər bu faktları inkar edib: "Şahidlər deyirdilər ki, ermənilər onları aparıb, geri qaytarmayıb. Biz aidiyyəti beynəlxalq qurumlar vasitəsilə Ermənistanla əlaqə saxlasaq da, onlar bunu etiraf etmədilər".(Trend)

Loading...