Erməni postundan əsgərlərimizə qarşı ŞOK TƏXRİBAT - ANBAAN VİDEO

20.11.2022 23:35
3755
637a8261970c4202211223913

Erməni hərbçilərin təxribat törətmələrinin videogörüntüləri yayılıb.

AZSABAH.COM Oxu.Az-a istinadən xəbər verir ki, videogörüntülər Ermənistanın Sünik vilayətinin Azərbaycanla həmsərhəd ərazidə yerləşən Xnatsax kəndi yaxınlığındakı postda lentə alınıb.

Görüntülərdə içkili vəziyyətdə olan ermənilər nalayiq sözlər səsləndirməklə sanki Azərbaycan hərbçilərini təxribata sövq etməyə cəhd göstərir, onlara qarşı silah tətbiq edilməsinə çalışırlar. 

Videodan görünür ki, hərbi mövqelər arasında məsafə çox yaxındır. Bu vəziyyətdə yalnız Azərbaycan əsgərinin təmkinli davranışı hansısa  “zinvoru” o dünyaya göndərməkdən və növbəti dəfə erməni anasını gözüyaşlı qoymaqdan qurtarır.