Erməni diversantlar rusların istəyi ilə Azərbaycana HÜCUM EDİR - Rusiyadan SENSASİYA

14.06.2021 21:18
30251

Erməni terrorçularının Azərbaycan ərazisinə kəşfiyyat-diversiya keçidləri Rusiya sülhməramlılarından yan keçməklə baş vermir.

AZSABAH.COM Axar.az-a istinadla xəbər verir ki, bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Oleq Jdanov son vaxtlar Azərbaycan ərazisinə daxil olan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarından danışarkən bildirib.

“Dəqiq məlumatlar var ki, Rusiya hərbçiləri ermənilərin təxribatçı hücumları barədə əvvəlcədən xəbərdar olub və buna göz yumub. Rusiya sərhədçiləri artıq uzun müddətdir ki, bu ərazilərdə xidmət aparır. Aydındır ki, onlar sərhəd xətti boyu və ona yaxın bütün ərazidəki hər daşın yerini bilir. Onların xəbəri olmadan bu ərazilərdə heç nə tərpənə bilməz”, - deyə o qeyd edib.

Loading...