qadin xeyanet

Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri varmış

03 Oktyabr 2024
1471

Son vaxtlar ailədaxili münaqişə nəticəsində öldürülən qadınların sayı xeyli artıb. Bir çox hallarda qətl hadisəsinə səbəb zərif cins nümayəndələrinin xəyanəti göstərilir. Təəssüf ki, məhkəmə araşdırmalarında bunu sübut edən kifayət qədər dəlil ortaya qoyulur. 

Ərli qadınların xəyanətə meyl etməsinə dəbəb nədir? 

Azsabah.com bildirir ki, Psixoloq Vüsalə Rüstəm Yenisabah.az-a açıqlamasında deyib ki, xəyanətin cinsi olmur. Onun sözlərinə görə, xəyanət edən adamları kişi və qadına, evli və subaya,ərli və ərsizə bölmək doğru yanaşma deyil: "Xəyanət şəxsin psixo -emosianal vəziyyətində sönüklük və bədbinlik yarandıqda atdığı düşünülmüş addımdır. Kim desə ki, qəfil oldu, bilmədən səhv etdim, buna inanmayın, yalandır. Şəxsin həyatında rəngsizlik, boşluq və sönük bir dönəm olur. Qarşı tərəfdən qayğı və və sevgi ala bilmir, ya da zaman keçdikcə aldığı sevgi və qayğı onun üçün yetərli olmur. O zaman həmin çatışmamazlığı kənarda axtarmağa başlayır. Kimdənsə bir az xoş münasibət, ünsiyyət gördükdə həmin tərəfə meyllənir. Belə hal doğrudurmu? Xeyr! Xəyanət bitmiş evliliklərin süni tənəffüs aparatına qoşulmasına bənzəyir. Öz aləmində bununla öz evliliyini qoruyur, həyatına rəng qatır və s.".

Vüsalə Rüstəm bildirib ki, normal sivilizasiyalarda bitmiş evliliyi xəyanətlə uzatmaq və davam etdirmək heç kimin ağlına gəlmir: "Bunun sivil yolu var, bitirsə getməlisən! Şərqdə qadınlar getmək məsələsini ərinə izah edə bilmirlər və bu çox vaxt ölümlə nəticələnir. Ona görə də belə şeylərdən qorxan, daha doğrusu, tənələrdən qorxan insanlar ən pis və təhlükəli yolu - xəyanəti seçir. Sonda yenə də ər xəbər tutub öldürür". 

Psixoloq qeyd edib ki, Şərqdə qadının hissləri çox da önəm daşımır: "Bizim coğrafiyada qadının bütün hissləri qapalıdır. Hətta ən pis adamla evli olsa da, susub durmalıdır. Bəziləri isə susmur, nəticə də göz qabağındadır. Ölüm,fiziki zorakılıq və s. Təəssüf ki, Şərq qadını hələ uzun müddət bu taleyi yaşamalı olacaq".