Ərə getmək istəyən qızları görün necə aldatdı: Ailə üzvlərinin... - Azərbaycanda qəribə DƏLƏDUZLUQ

16.12.2023 14:20
436
657d7a0677d0e202312232054
Qubada evlənmək adı ilə xanımlara qarşı dələduzluq edən şəxs həbs olunub.

Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba rayonunda yaşayan Cəfər Məmmədov saxlanılıb. O, 25-dən artıq şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli miqdarda ziyan vurub.

Belə ki C.Məmmədov tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 30 980 manat pulunu ələ keçirib. O həmçinin bir neçə xanıma onlarla evlənəcəyinə dair vədlər verib, həmin şəxslərin və onların ailə üzvlərinin adına bankdan kredit götürərək dələduzluq edib.


Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Cəfər Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.