Ərdoğan Qarabağa görə HƏRƏKƏTƏ KEÇDİ - Azərbaycandakı türk hərbçilər aktivləşdirilir

12.12.2021 12:11
7256

Türkiyə və Rusiya prezidentlərinin sonuncu telefon söhbətində Ərdoğan Putinə bildirdi ki, “Qarabağda vəziyyətə nəzarət etmək üçün Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin imkanlarından istifadə edilməlidir”.

Bu, Türkiyənin mərkəzlə bağlı istəyini ilk dəfə açıq şəkildə dilə gətirməsi idi. Ardınca Ankara Mərkəzlə bağlı iki addım atdı:

- Türkiyənin dövlət televiziyasının (TRT) əməkdaşı Mərkəzə ezam olundu: Mərkəzin fəaliyyətə başlamasından indiyə qədər ermənilərin atəşkəsi minimum 203 dəfə pozduğu açıqlandı və bununla türk hərbçilərin fəaliyyəti təqdim edildi;
- Türkiyənin Azərbaycandakı səfiri Bağcı və hərbi ataşesi general Zəkəriyə Yalçın Mərkəzi ziyarət etdi;

Azərbaycan torpaqlarında rus sülhməramlıları və onların himayə etdiyi separatçıların əl-qolunu bağlamağın hələ ki yeganə yolu türk hərbçilərinin fəaliyyətini aktivləşdirmək və nəzarət məsələsində balansı tarazlamaqdır. Ərdoğanın etmək istədiyi budur. Və Bakı ilə Ankara sərhədin delimitasiya-demarkasiyasından sonrakı dövrə hazırlıq görür.

Bundan sonra Mərkəzin, xüsusilə Mərkəzdəki türk hərbçilərin daha aktiv fəaliyyətini görə bilərik.

Asif Nərimanlı 

(Publika.az)


Loading...