Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
AzSABAH.COM-un məlumatına görə, Ərdoğanın öz "Twitter" hesabında yazdığı təbrikdə deyilir: "Azərbaycan Cumhuriyyətinin yaranmasının 102-ci ildönümünü səmimi arzularımla təbrik edir, Prezident İlham Əliyev qardaşım başda olmaqla, bütün Azərbaycan xalqına öz adımdan və millətim adından salamlarımı və sevgilərimi çatdırıram".