Emin Əmrullayev ona yüksək vəzifə verdi - FOTO

17.01.2024 10:28
258
65a7735fb178a202401242743
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsinə təyin olunub.


Azsabah.com xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.


Qeyd edək ki, Əminağa Sadıqov bu təyinatadək Elm və Təhsil Nazirliyinin tabeliyində olan İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində çalışıb.