Əməkdar artist dəhşətli QƏZAYA DÜŞÜB – VİDEO

ATV-nin efirində yayımlanan "El canlı" verilişinin növbəti qonağı əməkdar artist Gülüstan Əliyeva olub.

Azsabah.com xəbər verir ki, sənətçi bir ay öncə qəza keçirdiyini açıqlayıb.

O, bildirib ki, baş verən qəzada günahı olmayıb:

"Maşın sürməyi özüm öyrənmişəm. Qarşımdakı avtomobil sükanı saxlaya bilməyib maşınlara çırpıldı. Üzbəüz gələn maşın hasara çırpılıb üstümüzə gəldi. Hadisə belə olub. Mən heç kimi vurmamışam, günahım olmayıb".