Elzanın bacısı: “Röyaya paltar tikdim, PULUMU VERMƏDİ” - VİDEO

11.02.2024 12:31
361
65c8861a54429202402243226



Əməkdar artist Elza Seyidcahanın stilist bacısı Lalə Seyidcahan Xalq artisti Röya Ayxana illər əvvəl tikdiyi səhnə geyimlərinin pulunu ala bilmədiyini açıqlayıb.


Azsabah.com bizim.media-ya istinadən xəbər verir ki, bu haqda Lalə qonaq olduğu "Çıxış yolu" ictimai-sosial verilişdə deyib.


"Röyaya 3 dəst paltar tikdim. O zamanlar isə Röyanın prodüseri Ayan adlı bir xanım idi. O gəlib, geyimləri məndən götürüb apardı. 10 gün nə Röyadan, nə də ki paltarlardan xəbər çıxmadı. Ayana söylədim ki, Röya mənə bu libasların ikisinin pulunu ödəyəcək, digər geyim isə hədiyyə idi. 2 libasa görə Röya mənə 3500 manat pul ödəməli idi. Bacım Elza xanımla əlaqə saxlasa da alınmadı. Bu məsələ getdikcə böyüdü. 3 ay keçdi və elə oldu ki, mən, bacım Elza və Röya Heydər Əliyev Sarayında konsertlərin birində görüşdük. Röya söylədi ki, siz o paltarları ölçü götürmədən necə tikmisiniz. Onları bilirsiniz əynimə necə oturdu. O geyimlər tarixi paltarlardır. Dedim ki, bəs mən sizə zəng edirəm siz telefonlarıma cavab vermisiniz. Bu anda Röyanın səhnəyə çıxmaq zamanı gəldi. O oxuyub, oradan da çıxıb getdi. Heç bilmədim Röya o geyimləri geyindi yoxsa yox. Ondan soruşmaq istəyirəm ki, sənə verdiyim o geyimlər hara getdi? Röya söylədi ki, bu tarixi paltarlardır və onları klip çəkdirəndə geyinəcəyəm".


Sözügedən proqramda iştirak edən ekspertlər bildiriblər ki, bəlkə də Röya geyimləri bəyənməyib və sizə bunu demək istəməyib. Ona görə bu mövzunun üzərindən keçib.


Ekspertin bu sözləri isə Lalənin xoşuna gəlməyib. O, Röyanın dürüst insan olduğunu və geyimlərini çox bəyəndiyini söyləyib. Həmçinin L.Seyidcahan qeyd edib ki, həmin geyimlər sifarişlə Amerikadan gəlmişdi və onların üzərində konstruktiv işlər aparıb.