Elza Seyidcahandan YENİ ŞEİR: “Kimlər gəldi mən verdim…”

14.02.2024 08:02
817
65cc3b7a0596e202402240306

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın yeni yazdığı şeir sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Azsabah.com xəbər verir ki, o, “Əldən getdi” adlı yeni şeirini sosial şəbəkdə paylaşıb.


Ətraflı

Şeri olduğu kimi təqdim edirik:


Əldən getdi


Kimin üçün isə


Həmişə özümü qorumuşam


Kimə görə isə


Həmişə onu soyutmuşam


Qorxutmuşam


Qovrulmuşam


Ancaq onu qorumuşam


Ona görə onu qorumuşam ki,


Gözəlliyim əldən getsin


Bir də gördüm


Qorumağa dəyməz artıq


Çünki hər şey əldən getdi.


Getdi, getdi, Nə qaldı ki, bu həyatda?


Kimlər getdi, kimlər qaldı


Kimlər yatdı, kimlər baxdı


Kimlər qaçdı, kimlər satdı


Kimlər yedi, kimlər acdı


Kimlər basdı, kimlər asdı


Kimlər aldı, kimlər verdi


Kimlər çaldı mən oyandım


Kimlər yazdı mən oxudum


Kimlər gəldi mən qaçdım


Kimlər gəldi mən satdım


Kimlər gəldi mən verdim


Kimlər gəldi mən yatdım


Satdım gözəlliklərimi


Alanlara


Verdim gözəliklərimi


Yatanlara


Tökdüm gözəlliklərimi


Yananlara


Sonsünlər, sonsünlər


Yanmasınlar.


Qorumağa dəyməz artıq


Gözəlliyim əldən getdi


Gözəlliyim əldən getdi.