Elnarə Qasımova da saxlanıldı

13.01.2024 19:38
382
65a2aeb3125b3202401243931

Jurnalist Elnarə Qasımova saxlanılıb.


Bu barədə “Qafqazinfo”ya onun vəkili Bəhruz Bayramov məlumat verib.


Vəkil deyib ki, Qasımova “Abzas Media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.


Qeyd edək ki, “Abzas Media” işi üzrə bundan əvvəl saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və jurnalist Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.