Elman Nəsirov səs-küy yaradan şəklindən danışdı: “Fotoşop deyil...”

10.08.2022 10:54
346
photo_35012336

Milli Məclisin deputatı Elman Nəsirovun sosial şəbəkə hesabında paylaşdığı fotosu müzakirələrə səbəb olub. Fotodakının Elman Nəsirov olmadığı, fotoşopdan istifadə etdiyi ehtimal edilib.

AZSABAH.COM xəbər verir ki, Elman Nəsirov Pravda.az-a açıqlamasında bunun “Photoshop” olmadığını deyib: “Mütəmadi idmanla məşğulam. Həftədə 3 dəfə trenajorda, 3 dəfə də üzgüçülükdə oluram. Üzməyə səhər tezdən 08:00-da, trenajora isə axşam 19:00-da gedirəm. Sağlam həyat tərzi keçirirəm. Sözügedən fotonu idmanı təbliğ etmək məqsədilə V İslam Həmrəyliyi Oyunları ərəfəsində paylaşdım”.