Əliyev Putinlə görüşdə bütün dünyaya BƏYAN ETDİ: Qarabağda döyüşlər...

16.09.2022 22:01
20057
İlham putin
"Artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur".

AZSABAH.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Səmərqənddə görüşü zamanı deyib.

"Döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Doğrudur, erməni tərəfi atəşkəs rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur. Sərhəd münaqişələri olur. Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub. Mənim indi yerlərdən aldığım informasiyaya görə, dediyim kimi, artıq iki günə yaxındır ki, vəziyyət sabitləşib", - İlham Əliyev qeyd edib.