Əli Mirəliyevin xəstəxanadan görüntüləri yayıldı - YENİLƏNİB - FOTO/VİDEO
Xəstəxanaya yerləşdirilən müğənni Əli Mirəliyevin xəstəxanadan görüntüləri yayılıb.
Azsabah.com BAKU.WS-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotoda Mirəliyevin səhhətinin qənaətbəxş olduğu və söhbət etdiyi əks olunub.
Sözügedən fotonu təqdim edirik:
Müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə sənətçinin həyat yoldaşı bildirib.
O "Elgizlə izlə" proqramına canlı bağlanaraq ifaçının əməliyyat olunacağını bildirib:
"Vəziyyəti çox ağır idi, indi müayinələrin cavabını gözləyirik. Həkimlər deyib ki, əməliyyat olunacaq, indi biraz özünə gəlib. Mütləq əməliyyat olunmalıdır. Bir prosedur var onu da ediblər. Görək necə olacaq...
https://youtu.be/5ReVMjuGOFU?si=uyxwNMLlUwGgEU2C