Əli Mirəliyevdən qalmaqallı açıqlama: “Tünzlə Ağayeva konsertə lüt gəlib, özü də Xalq artistidir”

Mərhüm Əməkdar artist Aygün Bəylərin vəfatından sonra bir çox sənət adamları onun qızına dəstək çağırışları etdi.

Hətta ona ölümünə qədər Xalq artisti adının verilməməsi məsələsi də gündəmə gətirilib. 

“Cebhe.info”-ya açıqlamasında müğənni  Əli Mirəliyev Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” sözlərini xatırladıb:

Əli Mirəliyev iddia edib ki, Xalq artisti adını layıq olmayan insanlar alır:

“Mədəniyyət Nazirliyində layiq olmayan şəxslərə Xalq artisti adı verdirilir. Kiminin pulu var, kiminsə adamı və ən əsası qadın müğənnilərin nələrisə varsa, onlara Xalq artisti adını verdirirlər”.