Əli Mirəliyev efirə çıxmayacaq, həkimlər... AÇIQLAMA

21.02.2024 20:29
445
65d6257d708c5202402243157

"Həkimlər efirə çıxmağa icazə vermir".

Bunu Azsabah.com-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.

Sənətçi bunun səbəbini bir müddət öncə səhhətində yaranan problemlə əlaqələndirib:

"Qəfildən səhhətim pisləşdi, xəstəxanaya yerləşdirildim. Həkimlər mədə-bağırsağımı yudular. Bir neçə gün müalicə olundum və evə buraxıldım. Hazırda müalicəm ev şəraitində davam edir. Bu səbəbdən həkimlər bir müəddət efirdən, səhnədən uzaq olmağımı məsləhət bilib".

Əli Mirəliyev səhhətinin qeydinə qalacağını vurğulayıb.