Əli İnsanov Prezident Administrasiyasına ÇAĞIRILDI: İlham Əliyevlə görüşə...

15.12.2021 15:05
15517

Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Ə.İnsanov feysbuk səhifəsində paylaşım edib.

"Dekabrın 15-də, Azərbaycan Respublikasının Prezident Sarayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşdüm. 2 saata qədər davam edən, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlətimiz və xalqımız üçün vacib olan bir sıra məqamları geniş müzakirə etdik. Cənab Ədalət Vəliyev Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə məni təbrik etdi və partiyaya gələcək fəaliyyətində uğurlar arzuladı. Mən dəvət və təbrik üçün təşəkkürümü bildirdim və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim. Prezident Sarayında mənimlə qarşılaşan hər kəsin göstərdiyi hörmət və ehtirama görə ayrıca təşəkkürümü bildirirəm" - paylaşımda bildirilib.

Loading...