Elgiz Əkbərin doğum günüdür: Görün neçə yaşı TAMAM OLDU - FOTOLAR

22.01.2024 17:37
968
65ae707a78c40202401244114

Bu gün ARB-nin aparıcısı,jurnalist Elgiz Əkbərin doğum günüdür.

 

Azsabah.com xəbər  verir ki,aparıcının bu gün 50 yaşı tamam olur.

 

Elgiz Əkbər 1974-cü ildə Rusiya Federasiyasının Yaroslavl vilayətində anadan olub.

Bakı kommersiya məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq fakültəsində təhsilini davam etdirib.

 

İqtisadiyyatla bağlı məqalələrlə mətbuata gəlmiş, sonradan mədəniyyət yazarı kimi tanınıb.

 

 Uzun müddət saytlarda, jurnallarda redaktor müavini, qəzetlərdə isə redaktor işləyib.

 

2007-ci ildə ANS TV-də Bağlama verilişinin aparıcısı kimi fəaliyyətə başlayıb.

Bağlama‚ Elgizin Cümə Axşamları‚ Elgizli Axşamlar‚ Toy Olsun, Sən Tək Deyilsən Xoşqədəm Hidayətqızı ilə birlikdə, Adam içində, Günəbaxan,hazırda isə ARB TV-də Elgizlə İzlə verlişinin aparıcısıdır.

 

Elgiz Əkbər 9 may 2015-ci ildə Əsmər xanımla evlənib. Bu evlilikdən bir qız övladı var.

 

Azsabah.com kollektivi Elgiz Əkbəri doğum günü münasibəti ilə təbrik edir.